“AMEA sanki əyləncə mərkəzidir” – professor Ramiz Mehdiyev haqqında - VİDEO


“Ramiz Mehdiyev Akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov AMEA-da yaşanan xoşagəlməz hallarla bağlı “Baku TV”yə açıqlamasında deyib.
“Mən gözləyirdim ki, Ramiz Mehdiyev hərhalda Administrasiyadan gəlib yeniliklər edəcək. Burda yığılıb qalmış çoxlu problemlər var idi. Rüşvətdən tutmuş, korrupsiyaya qədər, Akademiya institutlarına ayrılan qrantların mənimsənilməsi, dövlət büdcəsinin talanması halları – bunlar haqqında bir əməli tədbir görülməsini görmədim. Elə bil ki, bir növ elmi müəssisə olmaq mahiyyətindən çıxıb, sanki kimsə burda otutub xüsusi olaraq əylənir. Bir əyləncə mərkəzidir sanki bura”.
Bildirilir ki, iddialarla bağlı AMEA-ya sorğu göndərilib, lakin müraciətlərə cavab verilməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top