Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlandı


Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan koronavirusunun omikron ştammının yeni alt növünü müəyyən ediblər. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
İndiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir. Qeyd olunur ki, BA.2 adı verilən həmin növə ilk yoluxma 2021-ci il dekabrın 6-da Böyük Britaniyada baş verib. Qarşıdakı həftələrdə işlərin artması davam edərsə, o zaman BA.2 krallıqdakı omikron, delta, alfa, qamma və beta ştammlarını əhatə edən kateqoriyaya aid olan "narahatlıq variantı" kimi təsnif oluna bilər.

 

DİGƏR XƏBƏRLƏR

Top