Dağıstan rəhbərinin keçmiş müşaviri Rusiyaya ekstradisiya edildi


Almaniya Dağıstan Respublikasının bələdiyyələrindən birinə rəhbər təyin etdiyi üçün milyonlarla dollar rüşvət almaqda ittiham olunan ölkə rəhbərinin keçmiş müşaviri Osman Mahaçevi Rusiyaya ekstradisiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk “TASS”a məlumat verib.
Onun sözlərinə görə, Cinayət işi üzrə daha iki təqsirləndirilən şəxs Rusiya Federasiyasına ekstradisiya edilib:
“Frankfurt-Mayn Beynəlxalq Hava Limanında Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə 3 müttəhimi rusiyalı həmkarlarına təhvil veriblər. Ekstradisiya edilənlərdən biri Osman Maxaçov əvvəllər Dağıstan Respublikası rəhbərinin müşaviri vəzifəsini tutub. Əldə olan məlumata görə, o, 2017-ci ildə milyonlarla dollarlıq rüşvət müqabilində bir məmuru respublikanın bələdiyyələrindən birinə rəhbər təyin edilməsində köməklik edib” ,- deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top