Bakının bu rayonunda su kəsildi


Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Yeniavaz.com-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Qurum yaranacaq narahatlıqla bağlı abunəçilərdən üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top