Rusiyadan Azərbaycan və Ermənistana sərhədlərlə bağlı çağırış


Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesində irəliləyişin əldə edilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə etməyə imkan verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun saytında medianın suallarına verilən cavablarda deyilir.
“Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, eləcə də regionda nəqliyyat-iqtisadi əlaqələrin blokunun açılmasıdır” ,- Lavrov deyib.
Xarici işlər naziri onu da qeyd edib ki, bu il Rusiya ilə MDB-nin əksər dövlətləri, o cümlədən Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur:
“Biz ölkələrin hər biri üçün bir sıra yubiley tədbirləri hazırlayırıq. Nəzərə alsaq ki, bir sıra tədbirlər mədəni-maarif xarakterli olacaq, onların da ictimaiyyət üçün maraqlı olacağını düşünürük”.
XİN-dən bildiriblər ki, Moskva Ermənistanla Azərbaycanı sərhədlərin mümkün qədər tez delimitasiyasına başlamaq üçün işə çağırır:
“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın mümkün qədər tez formalaşdırılması və onun sonradan demarkasiyası işinə başlamaq lazımdır. Biz bu prosesdə Bakı və İrəvana məsləhətçi yardım göstərməyə hazırıq”.
Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiya da məhbusların qaytarılması məsələsində fəal iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top