Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı


Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun Yeniavaz.com-a verdiyi məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.
İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top