Bəşər Əsəd son günlər MDB məkanında baş verən hadisələr barədə danışdı


“Qərbdən Rusiyaya təzyiqlər Moskvanın beynəlxalq aləmdə oynadığı mühüm rola reaksiyadır”. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu fikri Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə deyib.
“Rusiya bəzi Qərb dövlətlərinin apardıqları əxlaqsız siyasətə, öz iradələrini başqa dövlətlərə və xalqlarına sırımaq üçün xaos toxumu səpmək cəhdlərinə qarşı durur”.
Agentliyin məlumatına görə, görüş zamanı tərəflər regional və beynəlxalq arenada baş verən son hadisələri, həmçinin qarşılıqlı maraq doğuran siyasi məsələləri müzakirə ediblər. 

 

DİGƏR XƏBƏRLƏR

Top