İŞİD üzvləri həbsdən qaçdı


İŞİD üzvü olan azı 20 məhbus Suriyanın Həsəkə şəhərinin cənub kənarında  yerləşən Es-Sanavia həbsxanasından qaçıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb. Onun sözlərinə görə, terrorçuların ortaqları qaçışları asanlaşdırmaq üçün həbsxananın girişində iki minalanmış avtomobili partladıblar.
Şəhərə nəzarət edən Suriya Demokratik Qüvvələrinin döyüşçüləri həbsxananın yerləşdiyi Güveyran məhəlləsinin qarşısını kəsiblər. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər səmada dolaşaraq onları axtarır.

 

DİGƏR XƏBƏRLƏR

Top