“Rəsmi Ankara İrəvanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya mətbuatına Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Ermənistanla danışıqların növbəti hissəsinin tarixini hər iki tərəfin xüsusi nümayəndələri müəyyən edəcək. Biz danışıqların Türkiyə və Ermənistanda baş tutmasını istəyirik. Onların üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”, - deyə mənbə vurğulayıb.