Polis bu məktəblini axtarır - FOTO


Neftçalada 12 yaşlı məktəbli itkin düşüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov  bildirib ki, Neftçala rayonu 1-ci Mayak kənd sakini Günel Lətifova yanvarın 20-də Rayon Polis Şöbəsinə müraciət edərək, dünən saat 18:00 radələrində oğlu, 2006-cı il təvəllüdlü R.Lətifovun yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.
Daxil olan məlumat üzrə axtarış elan olunub. Hazırda itkin düşmə faktı ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.


 

DİGƏR XƏBƏRLƏR

Top