Məşhur türkiyəli alim 20 Yanvarla bağlı danışdı


"Azərbaycan xalqı imperializmə qarşı 20 Yanvar hadisələrindən milli kimliyini qoruyaraq, səbrlə və böyük iradə nümayiş etdirərək qürurla çıxdı".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri "report"un yerli bürosuna türkiyəli tarixçi alim, professor İlbər Ortaylı deyib.

İ.Ortaylı qeyd edib ki, həmin hadisələrə Azərbaycan xalqının çevik reaksiyası, milli şüur səviyyəsinin yüksək olmasını da sübuta yetirib:

"Artıq illər keçib və bu gün Türkiyə də Azərbaycana qarşı kənar müdaxilələrə öz mövqeyini lazımi formada göstərə bilir. Düşünürəm ki, önümüzdəki dövrdə buəməkdaşlığı daha da genişlədəcəyik. Bu, həm də tarixi əhəmiyyət daşıyan əməli addım sayılacaq"

DİGƏR XƏBƏRLƏR

Top