Toivo Klaar Azərbaycan və Ermənistana səfər edəcək


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistana  səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nümayəndənin özü tvitter hesabında paylaşım edib.
“Biz yaxın günlərdə Azərbaycan və Ermənistan liderləri ilə əsaslı görüşlər gözləyirik”, - deyə Klaar bildirib.
Klaar həmçinin qeyd edib ki, onunla birlikdə digər avropalı diplomatlar, xüsusən də Fransa diplomatları, o cümlədən Fransanın Kipr və Ukraynadakı keçmiş səfiri İzabel Dümon da regiona səfər edəcək.

DİGƏR XƏBƏRLƏR

Top