Azərbaycanda bəzi yollar buz bağlayıb - VİDEO


Bakı-Şamaxı avtomobil yolunun buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yağıntının davam etməsi ilə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.
Eləcə də Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin, Şamaxı-Dəmirçi avtomobil yolunda da davam edən yağıntı nəticəsində yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.
Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Muğanlı - İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.

 

DİGƏR XƏBƏRLƏR

Top