Direktor öldü, yaralananlar var... - Qaxda ağır qəza + FOTOLAR


Qaxda ağır yol qəzası baş verib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində​ baş verib.
"Mercedes" və "Ford Tranzit" markalı iki avtomobil toqquşub. Nəticədə biri ağır olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
1966-cı il təvəllüdlü Qax rayon Lələli kənd sakini Xəlilova Dilafət Hacıməhəmməd qızı xəstəxanaya  çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən D. Xəlilovanın Lələli kənd tam orta məktəbinin direktoru olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top