Mingəçevirdə 20 Yanvar şəhidləri yad edildi


Mingəçevirdə 20 Yanvar şəhidləri yad edilib.

Yeniavaz.com xəbər verir ki, minlərlə mingəçevirli Ümumxalq Hüzn Günündə Mingəçevirin Şəhidlər Xiyabanında ucaldılmış 20 Yanvar şəhidlərinin abidə kompleksini ziyarət edib.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə oraqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər heyəti, Vətən müharibəsi veteranları, şəhid ailələri cəmiyyətlərinin sədrləri, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri də Şəhidlər xiyabanına gələrək abidə önünə əklillər və gül dəstələri qoyublar.
Saat 12:00-da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top