Qar Şamaxı və Ağsuda qəzalara səbəb oldu - Xəsarət alanlar var


Ağsu və Şamaxı rayonları ərazisində yol-nəqliyyat hadisələri baş verib. 
Yeniavaz.com
 oxu.az-a istinadla xəbər verir ki, yağan güclü qar, duman və buz səbəbindən bir neçə avtomobil sürüşərək bir-biri ilə toqquşub və aşıb. Ağsuda “Mercedes” və “Hyundai” markalı avtomobillə toquşub. Eyni zamanda, ərazidə “Mercedes” markalı avtomobil sürüşərək yolun kənarına düşüb. Xəsarət alan yoxdur. 
Şamaxı şəhəri ərazisində isə iki avtomobil toqquşub. Nəticədə iki nəfər xəsarət alıb və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top