
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi işi üzrə həbs edilən 4 nəfərin həbs-qətimkan tədbirini girovla əvəzləyib.
Yeniavaz.com gürcü mətbuatına istinadən xəbər verir ki, Elquca Tsomaia, ata və oğul Giorgi və Zurab Tsotsorialar və Giorgi Narimanidze 5 min lari girov müqabilində həbsdən azad ediləcəklər.
Saxlanılan şəxslər ağır cinayəti ört-basdır etməkdə, dövlət sərhədini qanunsuz keçməyə yardım etməkdə ittiham edilirdilər.
Qeyd edək ki, Ukraynadan Gürcüstana qeyri-qanuni yollarla qayıtmış Mixail Saakaşvili ötən il oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib.
Tətbiqimizi yükləyə bilərsiniz