“20 Yanvarda təsadüf nəticəsində sağ qaldım” - Elman Nəsirov


Milli Məclisin deputatı Elman Nəsirov 20 Yanvar faciəsi yaşanan gün başına gələnlərdən danışıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “sfera.az”a müsahibəsində bəhs edib.
Deputat bildirib ki, həmin vaxt Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi idi:
“Sırf təsadüf nəticəsində sağ qaldım. Faciənin ayrı-ayrı detallarını gözümlə görmüşəm. Xatırlamaq belə üzücü və dəhşətli gəlir. Həmin gecə Azərbaycan xalqına qarşı misli görünməmiş bir cinayət baş verdi. Əliyalın insanlara qarşı Sovet ordusu qətliam həyata keçirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il ötür.

DİGƏR XƏBƏRLƏR

Top