
“Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt qoymur və gərginliyin azaldılması üçün əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinə çağırır”.
Yeniavaz.com “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
“Demarkasiya məsələsində Ermənistanın heç bir ilkin şərti yoxdur. Söhbət müqavilələrdən gedir” -, deyə Hunanyan bildirib.