Çavuşoğlu Azərbaycana başsağlığı verdi


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
“Qardaş Azərbaycanın azadlıq yolunda tarixə keçmiş ən acı xatirələrindən biri olan 20 Yanvar şəhidlərini rəhmət və hörmətlə anıram. Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan”, - deyə o bildirib.
Çavuşoğlu paylaşımına azərbaycanlı həmkarı Ceyhun Bayramovu da işarələyib.

DİGƏR XƏBƏRLƏR

Top