
Ermənistan ikinci Qarabağ müharibəsi zamanı verdiyi itkilərin 19.01.2022-ci il tarixinə olan statistikasını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İstintaq Komitəsinin hərbi istintaq idarəsi məlumat yayıb.
Bildirilib ki, 44 günlük müharibədə 3809 erməni həlak olub. Bu günə qədər 199 hərbçinin və 21 mülki şəxsin harada olduğu məlum deyil. Bu günə qədər Azərbaycan Ermənistana mülki şəxslər də daxil olmaqla 141 hərbçisini təhvil verib.
Qeyd edək ki, bundan əvvəl ölənlərin sayının 3788 nəfər olduğu bildirilirdi.
Tətbiqimizi yükləyə bilərsiniz