
Nursultan Nazarbayevin Qazaxıstan Xalq Assambleyasına və Təhlükəsizlik Şurasına ömürlük sədrliyinin ləğvi ilə bağlı Senata düzəlişlər göndərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Maliyyə və Büdcə Komitəsinin üzvü Kanat Nurov öz feysbuk hesabında yazıb.
“Birinci prezidentin Qazaxıstan Xalq Assambleyası və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv etmək lazım idi” -, deyə o bildirib.
Nurov qeyd edib ki, bu, Tokayevin müvafiq mövqeləri tutması üçün lazımdır:
“Konstitusiya qanunlarına lazım olan bütün düzəlişlər Senata göndərilib ki, İndi Qazaxıstan Xalq Assambleyası və Təhlükəsizlik Şurasına sədrlik haqlı olaraq Qazaxıstan prezidentinə məxsusdur - vəzifəsinə görə, şəxsiyyətinə görə yox”.
Tətbiqimizi yükləyə bilərsiniz