DYP-də qəbulə gedən şəxs öldü


Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat yayıb.

“Bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

Mərhumun oğlu bildirib ki, atası iki dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top