Ermənistan Azərbaycana təkliflər planı göndərdi


Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycana sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlmiş təkliflər paketi göndərib.
Yeniavaz.com
xəbər verir ki, bunu respublika parlamentində hökumət saatında xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz təkliflər paketini işləyib hazırlamışıq, onlar Rusiya tərəfinə, həmçinin Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycana təqdim olunub. Bu təkliflər sərhəddə vəziyyətin deeskalasiyasına yönəlib” -, deyə Mirzoyan bildirib.
Mirzoyan bəyan edib ki, azərbaycanlı həmkarı ilə yeni görüş nəzərdə tutulmayıb, lakin Minsk Qrupu həmsədrlərinin regiona səfəri hazırlanır.

DİGƏR XƏBƏRLƏR

Top