Uşaq evində baş verən dava ilə bağlı açıqlama - VİDEO


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.

DİGƏR XƏBƏRLƏR

Top