Keçmiş məhkum Neftçalada marketi dağıtdı - VİDEO


Neftçala rayonunda sakin mağazaya daxil olaraq ordakı vitrinləri dağıtmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Videoda mağazaya daxil olan şəxsin ərzaq vitrinlərini, ödəniş terminalını əlindəki alətlə dağıtdığı əks olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Yeniavaz.com-a açıqlama verib.
N. Həmidov bildirib ki, sözügedən şəxs artıq saxlanılıb:
“Həmin hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib.
A. Təhməzov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top