Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi – Peskov cavab verdi


“Prezident  Ərdoğan hər iki ölkənin liderini Türkiyəyə gələrək aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət edib. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün oynaya biləcəyi istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik".
Yeniavaz.com
“HaberTürk”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. O, həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik etmək istəyinə münasibət bildirib:
“Əlbəttə, biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Kiyevin Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalıları bu öhdəliyi yerinə yetirməyə təşviq etsələr, bu, yalnız alqışlana bilər”.

DİGƏR XƏBƏRLƏR

Top