Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 50 min 890 nikah və 15 min 659 boşanma halları qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu göstərici müstəqil Azərbaycan tarixində qeydə alınan ən yüksək göstəricidir. Belə ki, əvvəlki illərdə heç vaxt bu sayda boşanma qeydə alınmayıb.
Daha əvvəl ən yüksək boşanma 2019-cu ildə qeydə alınıb. 2019-cu ildə 17 min 148 boşanma qeydə alınsa da, yanvar-noyabr aylarında 15 min 635 boşanma olub. Bu da 2021-ci ilin yanvar-noyabr aylarındakı göstəricidən 24 boşanma azdır.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olub. Bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonrakı ildə - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:
İllər | Nikahlar | Boşanmalar |
1992 | 68 740 | 9 465 |
1993 | 60 028 | 6 564 |
1994 | 47 147 | 6 256 |
1995 | 43 130 | 5 669 |
1996 | 38 572 | 5 598 |
1997 | 46 999 | 5 806 |
1998 | 40 851 | 5 657 |
1999 | 37 382 | 5 013 |
2000 | 39 611 | 5 478 |
2001 | 41 861 | 5 382 |
2002 | 41 661 | 5 738 |
2003 | 56 091 | 6 671 |
2004 | 62 177 | 6 914 |
2005 | 71 643 | 8 895 |
2006 | 79 443 | 7 817 |
2007 | 81 758 | 8 340 |
2008 | 79 964 | 7 933 |
2009 | 78 072 | 7 784 |
2010 | 79 172 | 9 061 |
2011 | 88 145 | 10 747 |
2012 | 79 065 | 11 087 |
2013 | 86 852 | 11 730 |
2014 | 84 912 | 12 088 |
2015 | 68 773 | 12 764 |
2016 | 66 771 | 13 114 |
2017 | 62 923 | 14 514 |
2018 | 62 484 | 14 857 |
2019 ilk 11 ay |
58 317 | 15 635 |
2020 ilk 11 ay |
32 437 | 13 439 |
2021 ilk 11 ay |
50 890 | 15 659 |