
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələr edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarın ikinci bəndində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilsin.
Baş nazirin 14 yanvar tarixli 10 nömrəli Qərarına edilmiş 1 nömrəli əlavə ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına əlavələr ödəniləcək. Həmçinin AMEA-nın prezidenti Ramiz Mehdiyevin və vitse-prezidentlərin maaşlarına da əlavələr ödəniləcək.
Maaşların cədvəlini təqdim edirik:

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir. Onun bu dəyişikliyə qədərki maaşı 2570 manat olub. Beləliklə, AMEA prezidentinin maaşı 514 manat artıb.
Tətbiqimizi yükləyə bilərsiniz