Dünyanın ən yaşlı insanı öldü


Dünyanın ən yaşlı insanı, ispaniyalı Saturnino de la Fuente Qarsiya 113 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı”nın rəsmi saytında yayımlanan bəyanatda deyilir:
“Saturnino de la Fuente Qarsiyanın 112 yaş 341 gün yaşında öz evində vəfat etməsi “Ginnesin Rekordlar Kitabı”nı  kədərləndirir”.
Ölümün səbəbi açıqlanmayıb.
Sözügedən şəxs 2021-ci ilin sentyabrında 112 yaş 211 gün olarkən rekordçu elan edilib. Açıqlamada bildirilir ki, Saturnino və həyat yoldaşı Antoninanın yeddi qızı, 14 nəvəsi və 22 nəticəsi var.
Ginnesin Rekordlar Kitabına görə Saturnino 1909-cu ildə İspaniyanın Leon şəhərində anadan olub. Boyu qısa olduğuna görə İspaniya Vətəndaş Müharibəsi zamanı hərbi xidmətə çağrılmaqdan yayınıb və ayaqqabı biznesinə başlayıb. O əsgərlər üçün ayaqqabı tikməklə də məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Top