Bakıda evdən kişi meyiti tapıldı


Binəqədi rayonunda kişi meyiti aşkarlanıb.
Bu barədə Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top