Dünən prezidentin açılışını etdiyi heykəli sındıranlar saxlanıldı - FOTOLAR


Dünən gecə sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin həmin gün açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü görünür.
Yeniavaz.com
xəbər verir ki, abidəni zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, abidənin müəllifi hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.




Qeyd olunub ki, hazırda araşdırma davam edir.
Xatırladaq ki, dünən - yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub.

DİGƏR XƏBƏRLƏR

Top