Tahir Kərimli: "Qardaşımın evi zəlzələdən uçub, içərisində yaşaya bilmir" - VİDEO


Deputat Tahir Kərimli haqqında yayılan iddialara cavab verdi.
Yeniavaz.com
xəbər verir ki, o sosial şəbəkə hesabından barəsində deyilən iddiaları sərt tənqid edib:

"Yazırlar ki, Tahir Kərimlinin qardaşlarının tikinti təşkilatları var, bacısı oğlu polis rəisi işləyir, biznesi var, villaları var. Mənim də bacım oğlu hüquq fakültəsini bitirib, amma köhnə maşınla taksi sürücülüyü edir. Biz səkkiz bacı-qardaşıq. Hər birimizin uşaqlarımızla birlikdə iş qabiliyyəti olan əlliyə yaxın insanıq.

Bacı-qardaşın içərisində işləyən tək mənəm, övladlarımızdan da bir-iki nəfər işləyir. Yəni, on faizimiz işləyir və yerdə qalan doxsan faizini dolandırmalıdır. Heç biri də rəhbər işdə işləmir. İçərisində ən varlısı da, vəzifəlisi də mənəm.
Bir qardaşımın evi zəlzələdən uçub, içərisində yaşaya bilmir, gəlib, Bakıda kirayədə yaşayır, işsizdir. Digər qardaşım da anadan olmadan əvvəl atamın tikdiyi evdə yaşayır. Mən İsmayıllıdakı taxta evdə yaşayıram. Şükür Allaha, vaxtilə dövlətin Bakıdan verdiyi evi var, ora sığınmışıq. Hanı bu villalar?”

Tahir Kərimli həmçinin ailəsi və xatirələri barədə də danışıb:

"Babam (biz "dədə" deyirdik)Məhəmmədin qardaşı Əliqulu İslam ordusu tərkibində Bakı uğrunda döyüşlərdə həlak oldu. Babam həftələrlə onu axtarıb tapa bilməmişdi. Yetım qalmış iki qardaş idilər, başqa kimsələri qalmayıbmış. Babam 1978-ci ilə kimi yaşadı. Heç dinib-danışmazdı,deyirdilər ki,qardaşından sonra belə olub".
Ətraflı videoda:

DİGƏR XƏBƏRLƏR

Top