ABŞ Ukrayana əlavə qoşun göndərir?


“ABŞ Ukraynaya əlavə qoşun göndərməyi planlaşdırmır, hələ də ölkədə ABŞ Milli Qvardiyasının hərbi təlimatçı və məsləhətçi kimi xidmət edən üzvləri var”. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"Hazırda Ukraynaya əlavə rotasiya qoşunları göndərmək planımız yoxdur və Florida Milli Qvardiyasının yerdə gördüyü işlərdə heç bir dəyişiklik yoxdur. Eyni zamanda, ABŞ Ukraynaya özünü müdafiə etmək üçün kömək etmək yollarını axtarmağa davam edəcək, ", - deyə Kirbi bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top