İnstitutda partiyanın hesabına məcburi pul yığılır? – AÇIQLAMA


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda işçilərin maaşından hər ay 1 faiz olmaqla Yeni Azərbaycan Partiyasının xeyrinə tutulması üçün onların adından ərizə yazdırılıb.
Bu barədə Yeniavaz.com-a ictimai vəkil Samir Zeynalov məlumat verib.
Vəkilin sözlərinə görə, işçilər onlardan 1 faiz pul tutulması ilə bağlı özləri ərizə yazıblar:
“Əlbəttə onları belə bir məcburiyyət qarşısında qoyublar. Yazmayan ya gələcəkdə işindən ola bilər, ya da başqa problemlər. Bu minvalla hər işçidən orta hesabla ayda 4-5 manat tutulur”.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Yeniavaz.com-a açıqlama verilib.
Bildirilib ki, proses tam könüllü və qanuni şəkildə aparılıb:
“Yeni Azərbaycan Partiyasına üzv olan əməkdaşların əməkhaqlarından tutulan üzvlük haqları könüllü şəkildə, Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasına uyğun şəkildə aparılır”.
 

DİGƏR XƏBƏRLƏR

Top