DTX bu şəxsləri məsuliyyətə cəlb etdi


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yeniavaz.com-un DTX-nin saytına istinadən verdiyi xəbərə görə, İctimai əlaqələr şöbəsinin məlumatında bildirilir ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top