Ukraynadakı rus diplomatları təxliyyə edilir?


Rusiya Ukraynadakı diplomatik missiyanın əməkdaşlarının ailələrinin ölkəni tərk etməsi ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Rusiya Xarici İşlər Nazirliyi isə məlumatı yalanlayıb.
 “Rusiyanın Ukraynadakı səfirliyi normal rejimdə işləyir”.
Rusiyanın Ukraynadakı səfirliyi “The New York Times”ın iddialarını şərh etməkdən imtina edib:
“Biz həmişəki kimi işləyirik və “The New York Times” mənbələrindən alınan məlumatları şərh etmirik”.
Bildirilir ki, Rusiyanın Ukraynadakı bütün konsulluq nümayəndəlikləri də müntəzəm işləyir.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” Ukraynadakı səfirlikdən rusiyalı diplomatların təxliyyəsinə başlanıldığını yazıb.

DİGƏR XƏBƏRLƏR

Top