Paşinyan Ermənistana qarşı qaldırdığı məhkəmə iddiasını uddu


2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın hüquqları pozulub.
Yeniavaz.com
xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Nikol Paşinyan Ermənistana qarşı işi üzrə bu qərarı qəbul edib.
İş ərizəçinin (Nikol Paşinyanın – red.) 2008-ci il prezident seçkilərindən sonra baş vermiş etiraz hərəkatında iştirakına görə məhkum edilməsinə aiddir.
AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (Sərbəst toplaşmaq və birləşmək azadlığı) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrinin pozulduğu barədə qərar qəbul edib.
Qeyd edək ki, baş nazir maddi təzminat tələbi ilə çıxış etməyib.

DİGƏR XƏBƏRLƏR

Top