"Lüğətdə "spayder" sözü "hörümçək" mənasında verilməyib" - AÇIQLAMA


“Hörümçək” sözünün yeni orfoqrafiya lüğətindən çıxarıldığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.
Bildirilir ki, onun əvəzinə lüğətə “spayder” sözü əlavə edilib.
Məsələ ilə bağlı AMEA-nın həqiqi üzvü, elmi redaktor Möhsün Nağısoylu Yeniavaz.com-a açıqlama verib.
O bildirib ki, deyilənlər tamamilə qərəzdən ibarətdir:
“”Hörümçək sözü lüğətdən çıxarılmayıb. Xeyr, tamamilə səhvdir. Orada ”hörümçəkkimilər”, “hörümçəyəbənzər” sözləri var. “Hörümçək” sözü təsadüfən ola bilər ki, lüğətdə getməyib. “Hörümçək” sözü lüğətdən çıxarıla bilməz”.
M. Nağısoylu “spayder” sözünün hansı mənada işləndiyini də deyib:
“”Spayder” sözü “hörümçək” mənasında verilməyib. Avtomobilqayırma sənayesinə aid sözdür”.
Qeyd edək ki, bəzi hallarda məişət dilində “Spider-man” (Hörümçək adam) filminin təsirindən “spayder” sözü “hörümçək” mənasında işlədilir.

DİGƏR XƏBƏRLƏR

Top