Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar


Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top