Nazirlik: "Bu görüntülər Xəzər dənizində çəkilməyib" - VİDEO


Xəzər dənizində köpək balığının tapılması ilə bağlı yayılan iddialar cavablandırılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. 

ETS-nin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov bildirib ki, həmin görüntülər Xəzər dənizində çəkilməyib:

“Bu videonu Dağıstan balıqçıları Oxot dənizində çəkiblər. Bunlar brakonyerlərdir. Onların istifadə etdiyi torlar ovlanma üçün qadağandır. Bu köhnə görüntüdür və Xəzərdə çəkilməsi ilə bağlı iddialar “fake”dir”.

O qeyd edib ki, Xəzər dənizində köpək balığı yaşaya bilməz.

DİGƏR XƏBƏRLƏR

Top