Vilayət Eyvazov generalı təqaüdə göndərdi


Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top