"Altı ay Qazaxıstanda müvəqqəti hökumətə başçılıq edəcəm, sonra seçkilər olacaq"


Fransada yaşayan qaçaq qazax bankir Muxtar Ablyazov Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlayıb, ölkənin baş naziri olmaq istəyir. O, hətta Qərbdən kömək istəmək niyyətindədir və artıq Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibəsində deyib.
“Bizim planımız var, rejim dəyişikliyinə nail olacağıq. Mən uçub altı ay müddətində Qazaxıstanın müvəqqəti hökumətinə başçılıq edəcəyəm. Bundan sonra seçkilər elan olunacaq. Partiyamız bu seçkidə qalib gəlsə, o zaman mən legitim baş nazir olacağam. Prezidentlik olmayacaq. Biz bu mövqeyi ləğv edirik” -, deyə Ablyazov bildirib.
Maliyyəçinin sözlərinə görə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilsə də, respublikaya qayıtmağı planlaşdırır. O, bunun yaxın gələcəkdə baş verəcəyini istisna etməyib.
Ablyazov bildirib ki, Qərb liderlərindən də dəstək almağı planlaşdırır:
“Biz müraciət edəcəyik. Mən indi Fransa televiziyasında ictimaiyyət qarşısında çıxış edirəm. Mən Makronla (Fransa prezidenti – red.) şəxsən əlaqə saxladım. Mən Qərb ölkələrinə xəbərdarlıq etdim ki, əgər gözləmə mövqeyi tutsalar, Mərkəzi Asiya Əfqanıstandan daha “soyuq qazan” olacaq”.
Siyasətçi qeyd edib ki, hazırda daimi olaraq Fransada yaşayır. O, Qazaxıstan hakimiyyətinin təqiblərindən qorxaraq başqa ölkələrə getmir.
Ablyazovun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı respublikada ekstremist təşkilat kimi tanınıb. 2019-cu ildə bankir prezident seçkiləri günü böyük etirazların təşəbbüskarı da olub.
Qeyd edək ki, xarici mediada gedən məlumatlara əsasən, 13 yanvarda Fransa məhkəməsi BTA Bankın keçmiş rəhbəri Muxtar Ablyazova qarşı “etibardan sui-istifadə və çirkli pulların yuyulması” işi üzrə açılmış cinayət işinə xitam verib.

DİGƏR XƏBƏRLƏR

Top