Xameneinin bacısı qızı həbs edildi - FOTO


İranın ali dini lideri Əli Xameneinin bacısı qızı Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “HRANA” agentliyi məlumat yayıb.
Bildirilir ki, o, yanvarın 13-də evinə qayıdarkən saxlanılıb. Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulmasını Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib.
İranın hüquq-mühafizə orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muraxdaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top