Azyaşlını vuran tərbiyəçinin işi ilə bağlı DİN-dən AÇIQLAMA


"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib”.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov məlumat verib. O bildirib ki, bağçada işləyən digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları da alınır: “Hazırda araşdırma davam etdirilir”.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın üç yaşlı uşağı vurmasının görüntüləri yayılıb. Bundan Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top