Hərbçimizin həlak olmasının səbəbi bilindi - FOTOLAR + YENİLƏNİB


Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə  pozulması nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




***08:34

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavidan Məmmdəlinin ölməsi faktı təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun həlak olması barədə məlumatı təsdiq edirik".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən sosial şəbəkələrdə M. Cavidanın fotosu yayılmış və onun düşmən atəşi nəticəsində dünyasını dəyişdiyi iddia edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top