Mingəçevirdə güclü partlayış olub, 5 yaşlı uşaq xəsarət alıb - FOTOLAR


Mingəçevir şəhərinin mərkəzində, Axundov küçəsi 15/16 ünvanında ikimərtəbəli binanın ikinci mərtəbəsində iki otaqlı mənzildə 22:10 radələrində güclü partlayış baş verib. Yeniavaz.com xəbər verir ki, Xudiyeva Aytən Tofiq qızına məxsus olan evdə partlayış zamanı 5 yaşlı oğlan uşağı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Binanın dam örtüyü, binanın böyük bir hissəsi tamamilə dağılıb. Qonşu mənzillərə də ciddi ziyan dəyib. 5 yaşlı uşağı dağıntılar altından xilas edən Xüsusi Riskli xilasetmənin əməkdaşı gizir Salahov Bəhruz Famil oğlu Yeniavaz. com-a hadisə barədə məlumat verib. Onun sözlərinə görə, yaxınlıqdan keçəndə güclü partlayış səsi eşidib, hadisə yerinə yaxınlaşıb və çətinliklə də olsa uşağı dağıntıların altından xilas edə bilib. Dərhal FHN əməkdaşları uşağı xəstəxanaya çatdırıblar.
İlkin məlumata görə, mənzildə “pitiminutka” su qıcdırıcı sobası qazsızma nəticəsində partlayıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.
Esmira Hidayətova, Mingəçevir




Gizir Salahov Bəhruz Famil oğlu

DİGƏR XƏBƏRLƏR

Top