Uşaqlarını atıb toya gedən ana ondan şikayət edənləri hədələdi - YENİLƏNİB


Şamaxıda başsız qalan uşaqların anası onların yerləşdirildiyi sığınacağa gedib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, sığınacaqdan yayılan kadrlarda qadının baş verənlərdən narazı olduğu görünür. Videodan məlum olur ki, bu vaxta qədər azyaşlılara evin böyük övladı olan 13 yaşlı qız baxıb.
Qadının qəzəblə səsləndirdiyi fikirlərdə uşaqlar haqqında məlumat verən kənd sakinlərinin adı da hallanır. Belə ki, qadın həmin şəxsləri hədələyərək "qan edəcəyini" deyib.

***18:20

Şamaxıda başsız qalan uşaqların anası aşkarlanıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, yayılan kadrlarda qadının gənclər təşkilatlarından birinin üzvü tərəfindən yolda aşkarlandığı görünür.
Qadın gəncin suallarına aqressiv cavablar verir və özünü günahkar hesab etmir. Uşaqların kimsəsiz qalmasını isə toya getməsi ilə əlaqələndirir. O bildirir ki, övladlarının vəziyyəti qənaətbəxşdir. Lakin qarşı tərəf ona uşaqların günlərdir başsız qaldığını, məzlum durumda olduğunu xatırladır.
Daha ətraflı videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top