Azyaşlıların anası ilə bağlı iddia həqiqəti əks etdirmir - FOTOLAR + YENİLƏNİB


"Azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir".

Bu barədə Yeniavaz.com-a DAxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o, COVID-19 virusuna yoluxmayıb:
"Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".

***13:50
Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar. İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.


***12:14

Sosial şəbəkələrdə Şamaxı rayonunun kəndlərindən birində azyaşlı uşaqların heç bir şəraiti olmayan tikilidə baxımsız vəziyyətdə yaşamasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrları Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk profilində paylaşıb.
O bildirib ki, 4 azyaşlının anası koronavirusa yoluxub və hazırda xəstəxanadadır.
K. Ağazadə baxımsız vəziyyətdə olan körpələrin taleyi ilə heç bir dövlət qurumunun maraqlanmamasını da vurğulayıb və aidiyyəti qurumları uşaqların nəzarətə götürülməsinə səsləyib.
Qeyd edək ki, kadrlarda azyaşlılardan sadəcə 3-ü əks olunub.

DİGƏR XƏBƏRLƏR

Top