Zəngilanda zəlzələ olub


Bu gün Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd olunub ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top